32 yaşlı ata azyaşlı qızına təcavüz etdi - Bakıda İYRƏNCLİK

17-09-2019, 15:31           
32 yaşlı ata azyaşlı qızına təcavüz etdi - Bakıda İYRƏNCLİK
Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Fərhad Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teref.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 30-na təyin edilib.

İttihama görə, 1987-ci il təvəllüdlü F.Nəcəfov Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Azyaşlının anasının şikayəti əsasında saxlanılan ata barəsində həbs-qətimakan tədbiri seçilib.

F.Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru