Bakıda azyaşlı oğlana təcavüz edildi

20-09-2019, 13:07           
Bakıda azyaşlı oğlana təcavüz edildi
Bakıda azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.
Ehtibar Rza-zadə adlı şəxs köməksiz vəziyyətdə olan azyaşlı oğlan - M.Ə-yə (ad, soy ad şərtidir) təcavüz edib.

Azyaşlının valideynlərinin şikayəti əsasında saxlanılan E.Rza-zadə barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinin ibtidia istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Ramella Allahverdiyevanın icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, E.Rza-zadənin cinayət əməli sübuta yetirilərsə, onu səkkiz ildən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

///Oxu.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru