Dağıstan həbsxanasında qiyam - MƏQSƏD

20-09-2019, 23:16           
Dağıstan həbsxanasında qiyam - MƏQSƏD
Dağıstanda həbsxanada məhbuslar qiyam edib.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Federal Cəzaçəkmə Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, həmin məhbuslar həbsxanada cinayətkar aləmin “qruplaşmasını” yaratmaq istəyiblər. Bunun üçün onlar başqa məhkumları da həmin “qruplaşmaya” cəlb etmək istəyiblər.

Xidmət rəhbərliyi və prokurorluq əməkdaşlarının məhbuslarla danışıqları və apardıqları izahat işləri nəticəsində həbsxanada vəziyyət sabitləşdirilib./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru