İndoneziyada zəlzələ qurbanlarının sayı 30-a, yaralıların sayı 156 nəfərə çatıb

29-09-2019, 10:13           
İndoneziyada zəlzələ qurbanlarının sayı 30-a, yaralıların sayı 156 nəfərə çatıb
İndoneziyada sentyabrın 26-da baş vermiş zəlzələ zamanı ölənlərin sayı 30-a çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Yerli İdarəsinin əməkdaşına istinadən məlumat yayıb.

Bildirilir ki, təbii hadisə zamanı 156 nəfər xəsarət alıb. Təxminən 25 min insan evlərini tərk etməyə məcbur olub.

Daha əvvəl "Agence France-Presse" zəlzələ zamanı 19 bəfərin həlak olduğunu, azı 100 nəfərin xəsarət aldığını bildirib.

Qeyd edək ki, zəlzələ Maluku əyalətində 6,5 bal gücündə baş verib. Məlumata görə, zəlzələ nəticəsində iki universitet, iki xəstəxana binası, bir körpü və 100-dən artıq ev zərər çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru