Azəraycanda ağır qəza – Ölən və yaralananlar var

29-09-2019, 12:41           
Azəraycanda ağır qəza – Ölən və yaralananlar var
Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dələli kəndində qeydə alınıb. Minik avtomobilinin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 4 nəfər yaralanıb.

Nəticədə Masallı rayon sakinləri, sürücü 1955-ci il təvəllüdlü Şikar Əli oğlu Dadaşov və sərnişinlər - 1961-ci il təvəllüdlü Xatirə Əyyub qızı Dadaşova, 1984-cü il təvəllüdlü Xəyalə Şikar qızı Dadaşova və 2006-ci il təvəllüdlü Elmin Emin oğlu Əlibəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobildəki sərnişinlərdən 1980-ci il təvəllüdlü Emin İntiqam oğlu Əlibəyli isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru