Azərbaycanda kürəkən qaynatasını baltaladı

30-09-2019, 00:00           
Azərbaycanda kürəkən qaynatasını baltaladı
Ağstafa rayonunda 57 yaşlı kişiyə kürəkəni tərəfindən ağır xəsarət yetirilib.
Teref.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Mehdiyev aydın Qurban oğlu yaşadığı evin həyətində başından balta ilə ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunub.

Yaxınlarının bildirdiyinə görə, hadisəni mübahisə zəminində kürəkəni törədib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru