Nərimanovda 38 yaşlı şəxs taxta parçası ilə döyülüb

30-09-2019, 04:28           
Nərimanovda 38 yaşlı şəxs taxta parçası ilə döyülüb
Bakıda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda, Tələt Şıxəliyev küçəsi 18 ünvanında qeydə alınıb.

Belə ki, tanıdığı şəxs 1981-ci il təvəllüdlü Əsgərov Amid Bahadur oğlunun baş nahiyəsinə taxta parçası ilə zərbə endirərək onu döyüb. Ağır xəsarət alan Ə. Amid təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona başın sol təpə ənsə nahiyəsinin əziyi və yarası diaqnozu qoyulub, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru