Ölən qardaşına mesaj yazan bacı ŞOK YAŞADI

30-09-2019, 13:15           
Ölən qardaşına mesaj yazan bacı ŞOK YAŞADI
Qardaşını vaxtsız itirən bir qız onun telefonuna mesaj yazıb.

Teref.Az ölkə.az-a istinadən bildirir ki, o, cavab alacağına ümid edərək, qardaşının nömrəsinə mesaj yazmaq qərarına gəlib.

O, mesajında onun üçün çox darıxdığını, onsuz həyatının çox mənasız olduğunu qeyd edib. Hər zaman onun yolunu gözləyəciyini bildirib.

Səhər gözlənilmədən yazdığı məktubuna cavab gələn bacı şok yaşayıb.

Lakin sonradan məlum olub ki, qardaşının telefon nömrəsi başqa bir abunəçiyə verilib.

Yeni abunəçi üzr istəyərək, qızın dərdinə şərik çıxdığını, belə bir hadisənin onun başına gəldiyinə çox üzüldüyünü bildirib.


Paranormal tədqiqatçılar bildirirlər ki, həqiqətən də, ölən insanlardan bu vasitə ilə xəbər almaq mümkündür.

Belə paranormal hadisələrdən biri Meksikada yaşanıb. Belə ki, bir qadın ilər öncə vəfat emiş nənəsindən fotoşəkilli mesaj alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.