Bakıda restoranda dava zamanı bir nəfər bıçaqlanıb

2-10-2019, 00:31           
Bakıda restoranda dava zamanı bir nəfər bıçaqlanıb
Bakının Yasamal rayonunda restoranda dava zamanı 1 nəfər bıçaq xəsarəti alıb.

APA xəbər verir ki, hadisə Mətbuat prospektində, "Star Hall" restoranında baş verib.

Bir neçə nəfər arasında baş verən dava zamanı 1994-cü il təvəllüdlü Mərəyev İlkin İlham oğlu ayağından bıçaq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sağ baldırın kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.