Yolu izah edən “ağıllı” ayaqqabı hazırlanıb

2-10-2019, 00:38           
Yolu izah edən “ağıllı” ayaqqabı hazırlanıb
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.

Trend-in məlumatına görə, "Ağıllı" ayaqqabı addımları və itirilmiş kaloriləri hesablamaq imkanına malikdir. Mütəxəssislərin fikrincə, "bluetooth" texnologiyası ilə təchiz edilmiş ayaqqabılar sahibinin smartfonu ilə birləşir. Bu isə, onlara insanın nəzərdə tutulmuş marşrut üzrə hərəkətini izləməyə imkan verir. İnsan sağa və ya sola dönməlidirsə, ayaqqabıların sağ və ya sol tayı titrəməyə başlayır.

İstehsalçılar güman edirlər ki, onların tətbiqi yollarda qəza ehtimalını azaldacaq. Çünki insana hərəkət zamanı smartfonun ekranına baxmaq lazım olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru