İran vətəndaşından satıcıya qarşı İNANILMAZ FIRILDAQ

2-10-2019, 09:31           
İran vətəndaşından satıcıya qarşı İNANILMAZ FIRILDAQ
İran vətəndaşı Azərbaycanda mağaza satıcısına qarşı dələduzluq edib.

Hadisə sentyabrın 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində baş verib.

Belə ki, həmin gün İran vətəndaşı, 1968-ci il təvəllüdlü Naserpour Alıreza Ahmed oğlu Ceyranbatan qəsəbəsində yerləşən Rəşad Salmanovun satıcı işlədiyi tikinti malları mağazasına gəlib. O, R.Salmanovun əlində olan 5000 manat pula baxmaq bəhanəsi ilə alıb. Daha sonra İran vətəndaşı həmin pulun 2300 manatını satıcıya qaytarıb, 2700 manatı isə dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru