Bakı sakini ağaca çıxdı, düşə bilmədi, köməyə xilasedicilər gəldi
2-10-2019, 10:14
Bakıda maraqlı hadisə baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin ağaca çıxaraq orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı ağacdan düşürüb və aidiyyəti üzrə təhvil veriblər.