Bakıda Dəmiryol vağzalının platformasında kişi meyiti tapılıb 3-10-2019, 07:43 Bakı Dəmiryol vağzalında platformada Qazax rayon sakini, 1963-cü il təvəllüdlü Əhmədov Akif Üzeyr oğlunun meyiti aşkarlanıb. APA xəbər verir ki, bununla bağlı hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 56 yaşlı kişinin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Facebook-da paylaş