"Mitaq" qasırğası nəticəsində Cənubi Koreyada ölənlərin sayı artıb

4-10-2019, 07:57           
"Mitaq" qasırğası nəticəsində Cənubi Koreyada ölənlərin sayı artıb
"Mitaq" qasırğasının Cənubi Koreyada törətdiyi fəsadlar nəticəsində ölənlərin ayı 10-a çatıb, iki nəfər isə itkin düşüb.

APA "Yonhap" agentliyinə istinadla xəbər verir ki, "Mitaq" qasırğasının gətirdiyi şiddətli yağışlar ölkənin cənub və şərq bölgələrində sel, daşqın və torpaq sürüşmələrinə səbəb olub. Elə ölənlərin əksəriyyəti də torpaq sürüşmələri zamanı çökən evlərin dağıntıları altında qalan insanlardır.

“Mitaq” qasırğasının oktyabrın 3-də yerli vaxtla səhər saat 6:00-da Koreya yarımadasını tərk etməsindən sonra hava limanlarının fəaliyyəti bərpa olunub. Buna baxmayaraq, dəniz yolu ilə 83 sərnişin və 65 yük gəmisinin hərəkətinə hələlik icazə verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru