Saatlıda «Gündəm-xəbər” qəzetinin satışı yasaqlanıb.
DİA.AZ-ın məlumatına görə, rayon icra hakimiyyəti yayım firmalarına bu barədə təlimat verib. Rayon icra başçısı Siraqəddin Cabbarov "Azərmətbuatyayımı" ASC və "Qaya" MMC yayım firmalarından "Gündəm Xəbər" qəzetini satış nöqtələrindən yığdıraraq, icra hakimiyyətinin binasında gizlətdirib. Buna səbəb noyabrın 27-si sayında çap olunan məqalədir. "ŞOK: Saatlıda liseyin direktoru vəzifəsi 30 min manata satılır" başlıqlı tənqidi məqalə rayon rəhbərliyini narahat edib.