Şəkidə qadın bıçaqlanıb

5-10-2019, 09:07           
Şəkidə qadın bıçaqlanıb
Bu gün səhər saat 05 radələrində Şəki şəhəri, Qulcana küçəsi ev 25 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusibova sağ qabırğaaltı nahiyənin kəsilmiş-deşilmiş, daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, G.Yusibova müayinə zamanı yaşadığı ünvanda yıxıldığını və bu zaman əlində olan bıçaqla xəsarət aldığını bildirib.

G.Yusibova hazırda müayinə olunur, onun əməliyyat olunacağı bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru