Bağdaddakı etirazlar zamanı dörd nəfər naməlum snayperlər tərəfindən güllələnib 5-10-2019, 09:30 Oktyabrın 30-da İraqın paytaxtı Bağdadda keçirilən etirazlar zamanı ən azı dörd nəfər naməlum snayperlər tərəfindən öldürülüb.Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi bildirib.Məlumata əsasən, iki mülki şəxs və təhlükəsizlik qüvvələrindən iki nəfər həlak olub. Əlavə məlumat verilmir.Qeyd edək ki, İraqda oktyabrın 1-də yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə nümayişlər başlayıb. Facebook-da paylaş