Macarıstanın Azərbaycanla oyunla bağlı şikayəti təmin edilməyib

5-10-2019, 12:42           
Macarıstanın Azərbaycanla oyunla bağlı şikayəti təmin edilməyib
UEFA Apellyasiya Komitəsi Macarıstan Futbol Federasiyasının AVRO-2020-nin seçmə mərhələsində bu ölkənin yığma komandası ilə Azərbaycan millisi arasında oyunun azarkeşsiz keçirilməsi ilə bağlı qərardan şikayətini təmin etməyib.

“Report” xəbər verir ki, qurum UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin qərarını qüvvədə saxlayıb.

Macarıstan yığması azarkeşlərinin sentyabrın 9-da Slovakiya ilə ev matçı zamanı irqçi davranışlara yol verməsi səbəbi ilə sanksiya ilə üzləşib. Qərarə əsasən, sözügedən kollektiv növbəti ev oyununu azarkeşsiz keçirməli, milli federasiya isə 67,125 avro cərimə ödəməlidir.

“Qroupama Arena”da baş tutacaq görüşü yalnız 14 yaşlı uşaqların tribunadan izləməsinə icazə verilir.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçirəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 4 gün sonra Macarıstan kollektivinin qonağı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru