Rusiyada turistləri daşıyan avtobus aşdı – Çoxlu sayda yaralı var - Foto
6-10-2019, 13:13
Rusiyada xəsarətlə nəticələnən yol qəzası baş verib. "Yeni Sabah" yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Nijeqorodsk vilayətində qeydə alınıb.
Belə ki, turistləri daşıyan avtobus Qaqinsk rayonunda, Panovo-Osanovo kəndi yaxınlığında aşıb. Hadisə nəticəsində ümumilikdə 20 nəfərin xəsarət aldığı deyilir. Bu barədə ölkənin Fövqəladə Hаllаr Nazirliyi məlumat yayıb.
Hadisə zamanı avtobusda 29 nəfərin olduğu deyilir.