Maşınının nömrəsini təmizləməyənlər cərimə olunacaq - VİDEO
28-11-2015, 12:28
Dövlət qeydiyyat nişanı çirkli olan avtomobil sahibləri cəzalanacaq.
ANS TV-nin məlumatına görə, payız və qış aylarında yolarda çirkli su, palçıq yaranır. Belə havalarda metereoloji şərait yollarda hərəkətdə olan nəqliyyat vasitələrinin işini çətinləşdirir. Buna baxmayaraq sürücülər yağışlı havalarda avtomobillərinin həm ön, həm də arxa dövlət qeydiyyat nişanlarını təmiz saxlamırlar. Onların görünməsini təmin etmirlər.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, əgər yol boyu qeydiyyat nişanları çirklənib, üstü örtülürsə o zaman sürücü ara-sıra avtomobili saxlayıb onu təmizləməlidir. Bəzən isə sürücülər özləri nömrələrin üstünü birazda çirkləndirirlər ki, qayda pozuntusu zamanı radara düşməsinlər.
Mütəxəssis Ərşad Hüseynov deyir ki, sürücülər avtomobillərinin qeydiyyat nişanını təmiz olub-olmamasına tez-tez nəzarət etməlidirlər. Qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və qurğulardan istifadə edirlərsə o zaman belə sürücülər cərimələnir. Nömrə nişanı 40 m məsafədən ayfın oxunmalıdır. Əgər oxunmursa, onda çirkli hesab olunur. Əgər sürücü özü qəsdən nömrənin üsütünü müxtəlif cihaz və maddələrlə örtərsə bü sürücüyə 500-800 manat arası başa gələcək. Yox əgər yağışlı havadan çirklənərsə, onda sürücüləri 40 manat cərimə gözləyir.