Almaniyada ABŞ Hərbi hava Qüvvələrinə məxsus F-16 qırıcısı qəzaya uğrayıb. "Yeni Sabah" “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Trir-Saarburq şəhərində baş verib. Pilot katapult etməyi bacarıb. O, xəstəxanaya yerləşdirilib. Açıqlamada pilotun yüngül zədələr aldığı bildirilib.
Hazırda təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.