Zaqatalada qadını avtomobillə vurub öldürən sürücü qaçıb

4-01-2020, 00:07           
Zaqatalada qadını avtomobillə vurub öldürən sürücü qaçıb
Zaqatalada avtomobil qadın piyadanı vuraraq öldürüb, sürücü isə hadisə yerindən qaçıb.
Hadisə axşam saat 21:40 radələrində rayon mərkəzində baş verib.
Nəməlum minik avtomobili yolu keçmək istəyən qadını vurub. Ağır xəsarətlər alan qadın hadisə yerində keçinib. Hazırda qadının şəxsiyyəti dəqiqləşdirilir. Hadisəni törədib qaçan sürücü isə axtarılır.

Faktla bağlı araşdırma aparılır.//APA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.