"Boinq" yeni təyyarəsini ilk dəfə sınaqdan keçirdi

26-01-2020, 09:49           
"Boinq" yeni təyyarəsini ilk dəfə sınaqdan keçirdi
Yeni "Boinq 777X" təyyarəsi ilk sınaq uçunu gerçəkləşdirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Boinq" şirkətinin rəsmi saytı yayıb. Məlumata görə, sınaq uçuşu ABŞ-ın Everett şəhəri yaxınlığında baş tutub. Şirkət bildirib ki, təyyarə yanacaq sərfiyyatı baxımından ən sərfəli təyyarədir.

Xatırladaq ki, "Boinq 777X" təyyarəsinin sınaq uçuşları əvvəllər bir neçə dəfə təxirə salınıb. 2018-ci ilin oktyabr ayında İndoneziyanın "Lion Eyr" (Lion Air) şirkətinə məxsus "Boinq-737 MAKS-8" tipli təyyarəsinin Yava dənizi üzərində qəzaya uğraması nəticəsində təyyarədəki 189 nəfərin hamısı həlak olub.

Bundan başqa, 2019-cu ilin mart ayında həmin model təyyarənin Efiopiya üzərində qəzaya uğraması nəticəsində 57 nəfər dünyasını dəyişib. İstehsalçı tərəfindən hər iki halda MCAS avtomatik idarəetmə sisteminin pozulduğu etiraf edilib. Bundan sonra bir çox hava şirkətləri adıçəkilən model təyyarələrinin istismarını dayandırıb. Həmin təyyarələrin istismardan kənarlaşdırılmasına görə "Boinq"in itkiləri 4.9 milyard dollar dəyərində qiymətləndirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.