Ata iki oğlunu Şeremetevo hava limanında qoyub

27-01-2020, 06:25           
Ata iki oğlunu Şeremetevo hava limanında qoyub
Ata 8 və 5 yaşlarında olan oğlanlarını Rusiyanın Şeremetevo hava limanının D terminalında buraxıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə hava limanının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anna Zaxarenkova məlumat verib.

O bildirb ki, hava limanının işçiləri uşaqları terminaldakı polis şöbəsinə təhvil veriblər.

Uşaqlardan biri 2011-ci il, digəri isə 2014-cü il təvəllüdlüdür.

A.Zaxarenkova əlavə edib ki, ilkin məlumatlara görə, ata oğlanları ilə Ukraynanın Xabarovsk şəhərindən Rusiya Hava Yolları reysi ilə uçublar. Uşaqların çantasında onların doğum haqqında şəhadətnamələri və atalarının yazdığı qeyd tapılıb.

Uşaqları hava limanında atıb gedən şəxsin harada olduğunun müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilməkdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.