Azərbaycan vətəndaşlarının koronavirusa görə Çindən təxliyə prosesi başlayıb

1-02-2020, 00:00           
Azərbaycan vətəndaşlarının koronavirusa görə Çindən təxliyə prosesi başlayıb
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə prosesi başlayıb. “Report” xəbər verir ki, hazırda yola düşəcək şəxslər avtobuslarla aeroporta göndərilir.

Şəhər hava limanında müayinə edildikdən sonra qızdırma və başqa əlamətlər aşkar edilməsə, onların bu gecə Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsinə mindirilərək aparılacağı gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Uhandakı Azərbaycan vətəndaşlarını təxliyə edəcəklərini açıqlamışdı.

Qeyd edək ki, Uhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı yaşayır. Onlar, əsasən, tələbələrdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru