Bakıda marketdə ölən şəxsin kimliyi məlum olub

1-02-2020, 11:03           
Bakıda marketdə ölən şəxsin kimliyi məlum olub
Bakıda əcnəbi vətəndaş ölüb.
Hadisə ötən gün paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsinə baş verib. Savalan yaşayış massivində yaşayan, əslən azərbaycanlı olan Türkmənistan Respublikası vətəndaşı Əliyev Maarif Kərim oğlu 31.01.2020-ci il tarixdə, saat 17.00 radələrində Savalan yaşayış massivində yerləşən "Oba" marketdə alış-veriş edərkən ürək tutmasından ölüb. Hadisə marketin müşahidə kameraları tərəfindən qeydiyyata alınıb.

Faktla bağlı hadisə yerinə, meyitə baxış keçirilib, meyit müayinə olunmaq üçün MTE və PA ETT birliyinin Sabunçu rayon şöbəsinə göndərilib.

Faktla Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru