Bülletenlərin MSK-dan dairə seçki komissiyalarına verilməsi prosesi sabah başa çatır

2-02-2020, 08:11           
Bülletenlərin MSK-dan dairə seçki komissiyalarına verilməsi prosesi sabah başa çatır
Sabah Milli Məclisə növbədənkənar seçkilərlə bağlı seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi prosesi başa çatır.

APA-nın Mərkəzi Seçki Komissiyasının saytına istinadən məlumatına görə, Seçki Məcəlləsinin 99.6-cı maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 5 gün qalanadək seçki bülletenlərini dairə seçki komissiyalarına verməlidir.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 4-dək olan dövrü əhatə edir.

Seçki bülletenlərinin seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi isə fevralın 6-dək başa çatmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru