Çində yenidən quş qripi aşkarlanıb

2-02-2020, 08:24           
Çində yenidən quş qripi aşkarlanıb
Çində koronavirusa yoluxma halının ilk qeydə alındığı Hubey əyaləti ilə sərhəddə yerləşən Xunan vilayətində quş qripi aşkarlanıb.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, H5N1 virusu Şuançin rayonunun Şaoyan şəhərindəki fermaların birində qeydə alınıb.

Yerli hakimiyyət orqanları infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görüb, 17,8 mindən çox toyuğu məhv ediblər.

Ərazi dezinfeksiya olunub və karantin altına alınıb. İnsana yoluxma hadisəsi isə qeydə alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru