“Trump tower” oteli yanır VİDEO

25-04-2015, 12:38           
“Trump tower” oteli yanır VİDEO
Bu dəqiqələrdə Bakının Xətai rayonundakı otellərdən birində yanğın baş verib.

Hadisə şahidlərinin Anspress-ə verdikləri məlumata görə, hadisə “Trump tower” otelində qeydə alınıb.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, hadisə ilə bağlı 7 yanğınsöndürən maşın yollanıb.

İlkin məlumata görə, hadisə otelin anbarında qeydə alınıb. Hazırda yanğının yayılmasının qarşısı alınıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.