Bakıda naməlum şəxs mağazada satıcını bıçaqladı

3-02-2020, 10:41           
Bakıda naməlum şəxs mağazada satıcını bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Təhməzov Ramil İsrail oğlu işlədiyi mağazada tanımadığı şəxslə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı naməlum şəxs satıcıya bıçaq xəsarəti yetirib.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sağ qolunda kəsilmiş-deşilmiş yara aşkarlanıb.

Xəstə cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru