Məktəbdə döşəmənin çökmə nəticəsində 13 şagird ölüb, 39-u yaralanıb

4-02-2020, 04:37           
Məktəbdə döşəmənin çökmə nəticəsində 13 şagird ölüb, 39-u yaralanıb
Keniyanın qərbində Kakameqa yaşayış məntəqəsində yerləşən ibtidai məktəbin 4-cü mərtəbəsi çöküb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Daily Nation” qəzeti məlumat dərc edib.

Hadisə nəticəsində 13 şagird ölüb, 39-u yaralanıb.

Yerli polis rəisi Peris Kimaninin sözlərinə görə, 20 şagirdə xəstəxanada tibbi yardım göstərilib və sərbəst buraxılıblar.

İlkin məlumatlara görə, dərsin bitməsi ilə bağlı çalınan zəngdən sonra uşaqların kütləvi çıxışa qaçmaları döşəmənin şökməsinə səbəb olub.

Şagirdlərdən bəziləri dördüncü mərtəbədən yıxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru