Bakıda ağacdan asılmış kişi meyiti tapılıb

4-02-2020, 11:02           
Bakıda ağacdan asılmış kişi meyiti tapılıb
Bakıda meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakinlərini küçədə ağacdan asılmış kişi meyiti aşkar ediblər. Dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Kürdəmir rayon sakini, 1976-cı il təvəllüdlü Bədəlov Elxan Telman oğlu olması müəyyən edilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.