Kürdəmirdə oğul atasını bıçaqladı

5-02-2020, 05:20           
Kürdəmirdə oğul atasını bıçaqladı
Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Atakişili kəndində qeydə alınıb.

Rayon sakini, 1959-cu il təvəllüdlü Nəbiyev Xaliq Xalid oğlu ailə münaqişəsi zəminində oğlu Nəbiyev Ağamirzə Xalıq oğlu tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər xəstənin vəziyyətini orta ağır qiymətləndirir. Qeyd edək ki, atasına bıçaq xəsarəti yetirən A.Nəbiyevin ruhi xəstə olduğu bildirilir.

Fakt araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru