Meksikada 2 ildə 953 polis öldürülüb

5-02-2020, 03:24           
Meksikada 2 ildə 953 polis öldürülüb
2018-ci ilin 1 yanvarından bu ilin 1 yanvarınadək Meksikada azı 953 polis əməkdaşı öldürülüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin “Causa Comun” qeyri-hökumət təşkilatı özünün “Twitter” səhifəsində bildirib.

Qeyd edilir ki, onlardan 482 nəfəri bələdiyyə polisində, 413-ü regional, 58-i federal polisdə işləyib.

Təşkilatın məlumatına görə, həlak olanların ən böyük sayı Quanahuato, Herrero, Mexiko, Miçoakan, Puebla və Halisko ştatlarıında qeydə alınıb.

Ölkədə polisin öldürülmə riski adi vətəndaşlarla müqayisədə dörd dəfə çoxdur. Təşkilat iddia edib ki, hakimiyyət polislərə etinasızlıqla yanaşır və onları iş resursları, avadanlıqlarla təmin etmir, asayiş keşikçilərinin qətlləri tez-tez cəzasız qalır.

İctimai Təhlükəsizlik üzrə Milli Sistemin icraçı katibliyinin məlumatına görə, ölkədə 2019-cu ildə azı 35,5 min qəsdən adamöldürmə qeydə alınıb. Bu, indiyə qədər qeydə alınmış rekord göstəricidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru