Telman İsmayılovun qardaşına 17 il həbs cəzası verildi

6-02-2020, 19:03           
Telman İsmayılovun qardaşına 17 il həbs cəzası verildi
“Çerkizovsk” bazarının sabiq rəhbəri Telman İsmayılovun qardaşı Rafiq İsmayılova hökm oxunub.

Bu barədə ren.tv xəbər yayıb.

Bildirilir ki, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

İşə Moskva Regional Məhkəməsində baxılıb. O, iki və ya daha çox şəxsin qətlində və silah alverində təqsirli bilinib.

İstintaqın versiyasına görə, İsmayılov qardaşları Rusiyada ticarət komplekslərinin sahibi Vladimir Savkin və “Lublino motors”un təsisçisi Yuri Brilevə qarşı sui-qəsd təşkil ediblər. Qətlin icraçısı Mehman Kərimov olub. Silahı isə ona Rafiq İsmayılov verib.

2017-ci ilin mart ayında saxlanılan Kərimov təqsirini tam etiraf edib və İsmayılov qardaşlarının cinayətdə iştirak etməsi barədə ifadə verib.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru