Paytaxtda Nəqliyyat Nazirliyinin yerləşdiyi binanın damı uçdu
6-02-2020, 20:33
Bakıda güclü külək fəsadlar törədib. "Yeni Sabah" xəbər verir ki, keçmiş Nəqliyyat Nazirliyinin yerləşdiyi binanın damı uçub. Yola düşən dam örtüyü parçaları 3 avtomobilə zərər vurub.
Ərazidə tıxac yaranıb. Yol polisi hərəkəti bərpa etmək üçün tədbirlər həyata keçirir. /Redaktor.az