Sərnişin təyyarəsi hədəfə çevrildi, təcili rus bazasına endi

7-02-2020, 11:27           
Sərnişin təyyarəsi hədəfə çevrildi, təcili rus bazasına endi
Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin raketlərinə tuş gəlməmək üçün içərisində 174 sərnişin olan təyyarə Hmeymimdəki Rusiya hərbi bazasına enmək məcburiyyətində qalıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, həmin vaxt İsrail F-16-ları “hava-yer” tipli raketlər vasitəsilə Suriya paytaxtına zərbələr endiriblər. Hücumların dəf edilməsi üçün Suriya tərəfi zenit-raket komplekslərindən istifadə ediblər.

Dəməşq aeroportuna düşmək istəyən “Airbus-320” təyyarəsi təhlükəli zonaya daxil olub. Aeroportun dispetçerləri də öz növbəsində sərnişin təyyarəsini Rusiyanın Hmeymimdəki aviabazasına yönləndiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru