Sərnişin taksi sürücüsü qadını zorladı

7-02-2020, 19:11           
Sərnişin taksi sürücüsü qadını zorladı
Hüquq-mühafizə orqanının əməkdaşları Rusiyanın Çelyabinsk şəhərinin 19 yaşlı sakinini həbs ediblər.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, taksi sürücüsü qadına təcavüz etdiyinə görə ittiham edilir.

Hadisə fevralın 5-də baş verib.

Şübhəli dostlarla birgə içib və sonra taksi çağırıb. Sürücü qadın onu evə gətirəndə sərnişin avtomobildən düşə bilməyib. Taksi sürücüsü onu yoldaşlarına təhvil vermək üçün geri qayıdıb. Yolda isə sərnişin qadına hücum edib.

İstintaqın versiyasına görə, o, zərərçəkmişin boğazına hansısa metal əşyanı dirəyərək zorlayıb və bir neçə saat maşını tərk etməsinə imkan verməyib.

O, getdikdən sonra qadın polisə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru