Bakıda metroda gənc özünü qatarın altına atdı 8-02-2020, 00:22 Metronun "Nərimanov" stansiyasında bir nəfər özünü qatarın altına atıb."Bakı Metropoliteni"ndən APA -ya verilən xəbərə görə, maşinist cəld tərpənərək qatarı saxlaya bilib.Dərhal gərginlik xətdən ayrılıb.Özünü qatarın altına atan 24 yaşlı gənc yüngül xəsarət alıb.Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub.Hazırda polis gəncin özünü qatarın altına atması səbəbini aydınlaşdırır. Facebook-da paylaş