AzərTAC-ın məlumatına görə, içərisində ərəb turistlərin olduğu “Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara müvafiq tibbi yardım göstərilib.