Azərbaycan Premyer Liqasının oyununda insident

8-02-2020, 22:03           
Azərbaycan Premyer Liqasının oyununda insident
"Kapital Bank Arena"da "Sumqayıt" və "Zirə" arasında keçirilən Azərbaycan Premyer Liqasının XVI tur matçında futbolçular arasında münaqişə baş verib.

Unikal.org xəbər verir ki, insident 37-ci dəqiqədə qonaq komandadan İlkin Muradovun yerli futbolçu Əmir Ağayevi top uğrunda mübarizə zamanı sifətinə zərbə endirməsindən sonra yaranıb. Baş hakim Orxan Məmmədov Muradova ikinci sarı vərəqəni verərək, meydandan qovub.

Hadisə yerinə digər futbolçular və texniki zonadakılar da özlərini çatdırıblar. Nəticədə onlar arasında kütləvi toqquşma baş verib. Bu zaman "Zirə"nin kapitanı Cavid Hüseynov, eləcə də Əmir Ağayev və Peyman Babayi xüsusi "fəallıq" göstəriblər.

Bir neçə dəqiqədən sonra ara sakitləşib. Referi hər üç oyunçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru