Oqtay Əsədovun infarkt keçirdiyi barədə məlumat yayıldı - Milli Məclisdən AÇIQLAMA

9-02-2020, 21:06           
Oqtay Əsədovun infarkt keçirdiyi barədə məlumat yayıldı - Milli Məclisdən AÇIQLAMA
Milli Məclis 5-ci çağırışın spikeri, indi isə deputatlığa namizəd Oqtay Əsədov Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Məlumata görə, Əsədov fevralın 9-da günün ikinci yarısında xəstəxanaya infarkt diaqnozu ilə yerləşdirilib.
Mərkəzi Klinik Xəstəxanasından "Turan"a bu məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər. "Bizim bu barədə məlumatımız yoxdur", xəstəxanadan bildirilib.
Milli Məclisin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.
“Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur”, - deyə məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru