Suriya ordusunun helikopteri vurulub, 2 pilot ölüb

12-02-2020, 03:37           
Suriya ordusunun helikopteri vurulub, 2 pilot ölüb
Çərşənbə axşamı Suriya ordusuna məxsus helikopterin İdlib əyalətində vurulduğu və nəticədə 2 pilotun öldüyü təsdiqlənib.

APA xəbər verir ki, bu barədə “SANA” agentliyi Suriya Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, döyüş helikopteri İdlib əyalətinin cənubundakı Nairab bölgəsi üzərində raketlə vurulub.

Qeyd edək ki, bundan əvvəl Türkiyə mətbuatı da Suriya Silahlı Qüvvələrinə məxsus helikopterin vurulması ilə bağlı məlumat yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru