“WhatsApp“ı kompüterdə işlədənlər diqqət: Təhlükə var

12-02-2020, 08:42           
“WhatsApp“ı kompüterdə işlədənlər diqqət: Təhlükə var
"WhatsApp" messencerinin masaüstü kompüterlərdən yazışmağa imkan verən kliyentində ciddi boşluq aşkar edilib.
Teref.az xəbər verir ki, sözügedən boşluğun həm "Windows", həm də "macOs" üçün kliyentlərdə mövcud olduğu məlum olub.

Cinayətkarlar mesajlara "jаvascript" kodu yerləşdirməklə kompüterdəki fayllara uzaq məsafədən müdaxilə edə, mesajların mətnini dəyişdirə və ya zərərli proqram təminatı quraşdırmaq imkanına malik olublar.

Bu vəziyyət proqram tərtibatçılarının "Chromium" mühərrikinin köhnə versiyasından istifadə etməsi ilə izah edilib. /ICTnews












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru