Koronavirusun tüğyan etdiyi şəhərə minlərlə tibb işcisi göndərildi

13-02-2020, 08:16           
Koronavirusun tüğyan etdiyi şəhərə minlərlə tibb işcisi göndərildi
Çinin koronavirusun geniş yayıldığı Uhan şəhərinə xəstəliktörədiciyə qarşı mübarizə üçün daha 2600 tibbi işçisi göndərilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası bildirib.

Qərar Çin Xalq Respublikasının sədri və Mərkəzi Hərbi Şuranın rəhbəri Si Szinpin tərəfindən qəbul olunub. Qeyd edilir ki, şəhərə əlavə olaraq quru, dəniz, hava və raket qoşunlarından, həmçinin başqa hərbi hissələrdən də qüvvələr göndəriləcək.

Yeni həkimlər və sanitarlar Tunszi xəstəxanasında və Qunqu ərazisindəki klinikada pasiyentlərin müalicəsinin təşkili ilə məşğul olacaqlar. Birinci xəstəxananı 860 yer, ikincini 700 nəfərlik yerlə təchiz etmək planlaşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.