Göygöldə güllələnmə hadisəsi baş verib.

14-02-2020, 11:11           
Göygöldə güllələnmə hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 13-də Göygöl rayonunun Əlmədətli kəndi ərazisində Samux rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayevin münaqişə zəminində tüfəngdən açıdığı atəşlə həmyerlisi Şaiq Əhmədova xəsarət yetirməsi barədə Göygöl RPŞ-yə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Musayev Samux RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-M” markalı tüfəng ondan götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru