İtə atılan güllə azyaşlının başına dəydi

15-02-2020, 09:54           
İtə atılan güllə azyaşlının başına dəydi
Rusiyanın Kabarda-Balkar respublikasında azyaşlı gülləyə tuş gəlib.

Lenta.ru-nun xəbərinə görə, Zalukokoaje kəndində 48 yaşlı kişi küçə itlərini qorxutmaq üçün havaya atəş açıb.

Güllə yaxınlıqda olan yeddi yaşlı qızın başına dəyib.

Dərhal xəstəxanaya çatdırılan azyaşlı əməliyyat olunub. Həkimlər 7,62 millimetr olan gülləni çıxara biliblər. Hadisənin təfərrüatları araşdırılır.(oxu.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.