Mobil telefon 11 yaşlı azyaşlının əlində partladı

15-02-2020, 21:20           
Mobil telefon 11 yaşlı azyaşlının əlində partladı
Rusiyanın Volqoqrad şəhərində mobil telefonun partlaması nəticəsində 11 yaşlı məktəbli ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bununla bağlı “RİA Novosti” Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidmətinə istinadən xəbər yayıb.

İdarədən verilən məlumata əsasən, azyaşlı mobil telefonu şalvarının cibinə qoyub. Bir müddət sonra isə cibində gəzdirdiyi mobil telefonun qızdığını hiss edib.

Telefonu cibindən çıxaran zaman isə partlayış baş verib və 11 yaşlı oğlan əl nahiyəsindən ciddi xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru