Redaktor.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacıkənd qəsəbəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Mustafayev Cəlal Hilal oğlu idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən ürəktutması keçirib. Bu zaman minik maşını yoldan çıxaraq kənardakı hasara çırpılıb. Nəticədə sürücü dünyasını dəyişib. //APA