22 yaşlı epilepsiya xəstəsi qaz sobasında yanıb öldü - Bərdədə dəhşət
17-02-2020, 17:56
Bərdə rayonunda gənc oğlan faciəli şəkildə ölüb.
Trend-in məlumatına görə, hadisə rayonun Kələntərli kəndində baş verib.
Kənd sakini, 1998-ci il təvəllüdlü epilepsiya xəstəsi İsgəndərov Elməddin İsgəndər oğlu yaşadığı evdə yatdığı vaxt epilepsiya tutub. O xəstəliyin təsirindən otaqda çarpayısının yanındakı yanan qaz sobasının üstünə düşərək dünyasını dəyişib.